AZ

Benzinin qiyməti ilə bağlı yeni qərar Dəyişiklik olacaq

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədov benzinlə bağlı yeni qərar imzalayıb. Belə ki, bir sıra mallar, o cümlədən, avtomobil benzini üçün rüsumlar ayrıca müəyyən ediləcək. Qərar 30 gündən sonra qüvvəyə minəcək.Bu qərar benzinin qiymətinə necə təsir edəcək?Demokrat.az xəbər verir ki, qərar ilk baxışdan texniki görünsə də, əslində ölkənin yanacaq bazarı və idxal siyasətində mühüm mexanizm dəyişikliyidir. Baş nazirin imzaladığı sözügedən sənəd o deməkdir ki, artıq avtomobil benzini ümumi mal qrupları daxilində deyil, ayrıca bir bənd kimi nəzərə alınacaq. Bu isə hökumətə yanacaq bazarındakı vəziyyətdən asılı olaraq rüsumları daha çevik şəkildə artırmaq və ya azaltmaq imkanı verir.Hökumətin benzinin idxal rüsumları ilə bağlı qəbul etdiyi son qərar əslində iqtisadiyyatda çeviklik manevri kimi qiymətləndirilməlidir. Baş nazirin imzaladığı bu sənəd idxal olunan yanacağın gömrük rejimini ümumi standartlardan çıxarıb fərdi qaydada tənzimlənən xüsusi statusa gətirir. Bu, sadəcə kağız üzərindəki dəyişiklik deyil, dövlətin yanacaq bazarına birbaşa və daha sürətli müdaxilə etmək üçün əlinə aldığı yeni rıçaqdır.Bu yanaşmanın əsas qayəsi daxili bazarı sığortalamaqdır. Məsələn, sabah dünya bazarında neftin qiyməti kəskin oynayanda və ya yerli istehsalda müvəqqəti fasilə yarananda, rüsumları ayrıca müəyyən etmək imkanı hökumətə benzinin maya dəyərini tənzimləmək üçün geniş sahə açır. Yəni lazım gələrsə rüsumu sıfırlayıb idxalı ucuzlaşdırmaq, lazım gələrsə yerli istehsalı qorumaq üçün dərəcəni qaldırmaq artıq daha asan olacaq.30 günlük keçid dövrü isə həm biznes subyektlərinə, həm də bazar iştirakçılarına yeni  qaydalara hazırlaşmaq üçün verilən müddətdir. Bu qərarın real nəticəsini biz bir aydan sonra, konkret rəqəmlər açıqlananda daha aydın görəcəyik. Hələlik isə görünən odur ki, strateji əhəmiyyətli məhsulların idxalı artıq "ümumi növbə" ilə deyil, dövlətin iqtisadi prioritetlərinə uyğun olaraq xüsusi formada idarə ediləcək.Qısa formada desək, dövlət yanacaq idxalını "əl idarəetməsi" rejimine keçirir. Bu, strateji mal olan benzinin tədarükündə kənar təsirləri minimuma endirmək və gömrük nəzarətini daha dəqiq həyata keçirmək məqsədi daşıyırİsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
demokrat.az

1Mənbələr