Bu gün Azərbaycan 1-ci liqasında 13-cü tura yekun vurulacaq.
QOL.az xəbər verir ki, sonuncu oyun gününə 1 matç nəzərdə tutulub.
"Şimal" klubu doğma meydanda "Mingəçevir"i qəbul edəcək. Hazırda turnir cədvəlində meydan sahibləri 5 xalla sonuncu pillədə, Mingəçevir təmsilçisi isə 21 xalla 4-cü yerdə qərarlaşıb.
7 fevral (şənbə)
14:30. "Şimal"- "Mingəçevir"
Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Elmin Süleymanov, Nahid Xasiyev
Şamaxı OİK stadionu
5 fevral (cümə axşamı)
“Cəbrayıl” – MOİK - 2:2
“Şəfa” – “Bakı Sportinq” - 1:1
“Zaqatala” – “Səbail” - 0:1
6 fevral (cümə)
“Şahdağ Qusar” – “Difai” - 4:0
