AZ

"Atletiko" da baş məşqçisini göndərir?

style='margin-bottom:10px;'>

"Atletiko" klubu 14 ildən sonra baş məşqçisi ilə yollarını bilər.

QOL.az "Sport.es" nəşrinə istinadən xəbər verir ki, uzun illərdir komandaya rəhbərlik edən Dieqo Simeonenin yayda klubu tərk eedə biləcəyi məsələsi gündəmə gəlib.

Məlumata görə, argentinalı mütəxəssisin gedişinə səbəb klubun idman direktoru Mateu Alemani ilə münasibətlərinin kəskinləşməsidir. Bildirilir ki, rəhbərlik artıq 55 yaşlı çalışdırıcını əvəz edəcək namizədlərin axtarışına başlayıb.

Xatırladaq ki, Simeone ilə "Atletiko" arasındakı əməkdaşlıq 21-ci əsrin ən uzunmüddətli iş birliklərindən biridir. O, 2011-ci ilin sonundan etibarən, 14 ildən artıqdır ki, Madrid təmsilçisini çalışdırır.

Seçilən
29
1
teleqraf.com

2Mənbələr