AZ

Çin təkrar istifadə oluna bilən kosmik aparatın buraxılışını uğurla yerinə yetirib

Bakı. Trend:

Çin təkrar istifadə oluna bilən eksperimental kosmik aparatınburaxılışını uğurla həyata keçirib. Start “Çançjen-2F” (Long March2F) daşıyıcı raketinin köməyi ilə Tsyütsyuan kosmodromunda həyatakeçirilib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, aparat müəyyən müddət ərzində kosmosda qalacaq,daha sonra isə Çin Xalq Respublikasının ərazisində əvvəlcədənplanlaşdırılmış eniş yerinə qayıdacaq.

Qeyd olunur ki, uçuş zamanı təkrar istifadə texnologiyalarınınsınağı, həmçinin texniki eksperimentlər aparılacaq. Missiyanın əsasbəyan edilmiş məqsədi “kosmosun dinc məqsədlərlə mənimsənilməsiüçün texniki dəstəyin təmin edilməsi”dir. Proqramın təfərrüatlarıaçıqlanmır.

Məqalədə:
Seçilən
25
1
az.trend.az

2Mənbələr