Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 141,833 milyon ABŞ dolları dəyərində mal idxal edib.
SİA Türkiyənin Ticarət Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 10,8 % azdır.
Yanvarda Türkiyənin Azərbaycana ixracı onun ümumi ixracının 0,8 %-ni təşkil edib.
Hesabat dövründə Türkiyənin ümumi ixracının dəyəri illik müqayisədə 4,3 % azalaraq 17 milyard 606,718 milyon ABŞ dollarına düşüb.
Türkiyədən ən çox idxalı Almaniya 1,587 milyard ABŞ dolları (1 il əvvələ nisbətən 0,7 % çox), Böyük Britaniya 1,135 milyard ABŞ dolları ( 4,6 % çox), ABŞ 1,027 milyard ABŞ dolları (4,7 % az) və İtalya 959 milyon ABŞ dolları (2,9 % çox) həyata keçirib.