"Hamlet" filminin dünya premyerası baş tutub.
Kulis.az xəbər verir ki, Riz Ahmedin baş rolda olduğu "Hamlet" filmi kinoteatrlarda nümayiş etdirilməyə başlanıb.
Qeyd edək ki, Aneil Karianın rejissorluğu ilə çəkilən film, Şekspirin klassik faciəsini müasir Londona daşıyır və hadisələrə Cənubi Asiyalı bir ailənin prizmasından yanaşır.