AZ

"Roma" niyə ondan qurtulmaq istəyir?

“Roma”nın məsləhətçisi olan məşhur italyan mütəxəssis Klaudio Ranyeri hücumçu Paulo Dibalanın və yarımmüdafiəçi Lorenzo Pelleqrininin Roma klubundan ayrılma ehtimalı barədə danışıb.

Publika.az xəbər verir ki, “Sky Sport Italia” ekspertdən sitat gətirib:

“Mövcudluğumuzu davam etdirmək üçün əmək haqqı xərclərini azaltmalıyıq. Əks halda, klub ayaqda qalmayacaq. Bu oyunçuların nəticələrə verdiyi töhfəni qiymətləndirəcək və məşqçilər heyəti ilə məsləhətləşəcəyik. Ortaq məxrəc tapa bilməsək, yollarımız ayrılacaq”.

Seçilən
20
publika.az

1Mənbələr