Bakı. Trend:
“Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP)regional əlaqəliliyi əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
Trend xəbər verirki, bu barədə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilənmeta-tədqiqatda (EU-funded meta-study) qeyd olunur.
“Bu əlaqələrin bərpası iqtisadi əməkdaşlığı gücləndirə,transsərhəd ticarəti stimullaşdıra və yeni marşrutların əlavəedilməsi hesabına dəhlizin dayanıqlığını və şaxələndirilməsiniartıra bilər. İqtisadi təsirlə bağlı daha ətraflı araşdırmalar hələdə davam etsə də, ekspertlər qeyd edirlər ki, TRIPP ənənəviBakı–Tbilisi–Qars marşrutu ilə müqayisədə səyahət müddətini 25faizədək azalda bilər”,- deyə hesabatda bildirilib.
Qeyd olunur ki, regional iştirakçılar Azərbaycan, Ermənistan vəTürkiyə arasında nəqliyyat əlaqələrinin bərpası və inkişafıistiqamətində təşəbbüsləri fəal şəkildə həyata keçirirlər.
Məlumata görə, bu səylər müxtəlif idarəetmə modellərini vəstrateji məqsədləri əks etdirsə də, bütövlükdə bərpa olunmuşəlaqəliliyə doğru irəliləyişi nümayiş etdirir.
Xatırladaq ki, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda AzərbaycanPrezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol PaşinyanABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar.Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzurdəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur.Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh vədövlətlərarası münasibətlər haqqında” Sazişi paraflayıblar.