Şəmkirdə evdən meyit tapılıb.

Leqal.info xəbər verir ki, hadisə rayon ərazisində baş verib.

Belə ki, rayon sakini 1961-ci il təvəllüdlü Z. Hacıyevanın meyiti yaşadığı evdən aşkarlanıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Ölümün hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info