AZ

Orta Dəhlizin səmərəliliyinin artırılması Aİ ölkələrinə idxalın sürətləndirilməsi və daha etibarlı olmasına şərait yaradacaq - Avropa İttifaqı

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) üçün Orta Dəhlizin səmərəliliyininartırılması malların (o cümlədən zəruri əhəmiyyətli xammalın – CRM)tədarükünü sürətləndirməyə və daha etibarlı etməyə, eyni zamandaAvrasiya üzrə ixrac bazarları ilə əlaqəliliyi əlavə olaraqyaxşılaşdırmağa imkan verə bilər.

Trend-inməlumatına görə, bu barədə Aİ tərəfindən maliyyələşdirilənmeta-tədqiqatda (EU-funded meta-study) qeyd olunur.

Bildirilir ki, son dövrlərdə əldə olunan irəliləyişlərəbaxmayaraq, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi əməliyyatlarlabağlı məhdudiyyətlərlə üzləşir: fraqmentləşmiş logistika, çoxsaylısərhəd-keçid məntəqələri və məhdud rəqəmsallaşma.

“Beynəlxalq maliyyə institutlarının (IFI) araşdırmaları ardıcılşəkildə göstərir ki, harmonizasiya olunmuş tariflər, rəqəmsallaşmavə koordinasiyalı idarəetmə kimi “yumşaq” dar boğazlar “sərt”infrastruktur boşluqları qədər zəruri əhəmiyyət daşıyır.

Aİ üçün dəhlizin səmərəliliyinin artırılması malların (ocümlədən zəruri əhəmiyyətli xammalın – CRM) tədarükünü sürətləndirəvə daha etibarlı edə, həmçinin Avrasiya üzrə ixrac bazarları iləəlaqəliliyi əlavə olaraq gücləndirə bilər. Trans-Avropa NəqliyyatŞəbəkəsinin (TEN-T) genişləndirilməsi planlarında və digər regionalstrategiyalarda müəyyən edilmiş prioritet layihələri dəstəkləməkləAİ dəhlizin tam potensialının gerçəkləşdirilməsinə, tədarükzəncirlərinin dayanıqlığının möhkəmləndirilməsinə və qarşılıqlıfaydalı ticarətin təşviqinə töhfə verə bilər”

Vurğulanır ki, Aİ səviyyəsində nəqliyyat infrastrukturu üzrəstrateji prioritetlər Trans-Avropa Nəqliyyat Şəbəkəsi (TEN-T)vasitəsilə, o cümlədən onun qonşu regionlara planlaşdırılangenişləndirilmələri çərçivəsində müəyyən edilir. TEN-T-in bir sıragenişləndirmə layihələri TCTC boyunca əlaqəliliyinyaxşılaşdırılmasına töhfə verir ki, bu da dəhliz boyu əsasinvestisiyalara strateji prioritet statusu qazandırır.

“TEN-T üzrə Şərq Tərəfdaşlığı üçün İnvestisiya Fəaliyyət Planı(ilk dəfə 2018-ci ildə hazırlanmışdır) dəyişən geosiyasi reallıqlarvə milli prioritetlərin yerdəyişməsi nəzərə alınmaqla 2025-ci ildəyenilənmişdir; bu zaman Ukrayna və Moldovaya xüsusi diqqətyetirilmişdir. Həmçinin qeyd etmək lazımdır ki, Orta Dəhliz TEN-Tgenişləndirmələri siyahısında yer almasa da, Cənubi Qafqazda songeosiyasi hadisələr nəzərə alınaraq, dəhliz dayanıqlığı artıranşaxələrin Cənubi Qafqaz vasitəsilə yaradılmasından (Azərbaycan,Ermənistan və Türkiyə arasında əlaqələrin bərpası) əməliyyatbaxımından fayda əldə edə bilər. Bu, ticarət marşrutlarının daha daşaxələndirilməsinə töhfə verə və potensial olaraq yüklənmişsahələrin yükünü azalda bilər”, – deyə tədqiqatda bildirilir.

Məlumata görə, bu arada Avropa Yenidənqurma və İnkişaf Bankı(AYİB) Orta Dəhliz boyunca ötürücülük qabiliyyətinin vəsəmərəliliyin artırılması üçün Mərkəzi Asiyada “sərt”infrastruktura yönəlmiş 33 prioritet investisiyanı müəyyən edib,Dünya Bankı isə dəhlizin uzunmüddətli dayanıqlılığının təminedilməsi üçün 2030-cu ilədək aradan qaldırılmalı olan əsas darboğazları və investisiya ehtiyaclarını müəyyənləşdirib.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan vəTürkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. OrtaDəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa iləbirləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolutəklif edir.

Məqalədə:
Seçilən
7
1
az.trend.az

2Mənbələr