AZ

“Mehriban düşmənlər” barışdı

Uzun müddətdir küsü olan Fatimə Fətəliyeva və Nazilə Səfərli barışıblar.

"Cebheinfo.az" xəbər verir ki, rəqqasə canlı yayımda şairədən üzr istəyib.

Görüntülərə baxan Nazilə də onun barışıq təklifini qəbul edib.

Bu didişmə Nazilənin sosial şəbəkədə yazdığı statisla başlayıb:

“Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq. Demək istərdim ki, ağır ol, amma ağır olsan dingildədiyin masalar qırılar. Bağışla”.

Bundan sonra Fatimə həmin sözlərin ona aid olduğu gümanına düşüb. Hətta bu mübahisə məhkəməyə qədər gedib-çıxıb.

Fatimə Fətəliyeva Nazilə Səfərliyə bunun qarşılığında 50 min manat pul ödəyib.

"Cebheinfo.az"

Seçilən
13
3
cebheinfo.az

4Mənbələr