AZ

Milli süni intellekt layihələrinin beynəlxalq təqdimatı

Küveytdə Rəqəmsal Əməkdaşlıq Təşkilatının 5-ci Baş Assambleyası keçirilib. Mərasimdə ölkəmiz rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Nazirlikdən verilən məlumata görə, Baş Assambleya çərçivəsində süni intellektə dair dəyirmi masa müzakirələrində çıxış edən nazir müavini Samir Məmmədov ölkəmizdə süni intellekt sahəsində həyata keçirilən tədbir və layihələrdən danışıb. Nazir müavini Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycanın Süni İntellekt Strategiyası 2025-2028”, Rəqəmsal İnkişaf Strategiyası, Süni İntellekt Akademiyası, eləcə də Azərbaycanın rəqəmsal məhsul və həlləri (“mygov”, “SİMA, Digital Bridge” və s.) barədə ətraflı məlumat verib.

Baş Assambleya çərçivəsində S.Məmmədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Deemah Al Yahya ilə görüş keçirib, Azərbaycanın rəqəmsal siyasəti və ölkəmizdə rəqəmsal inkişaf istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Bununla yanaşı, Mərakeş, Pakistan, Keniya, Nigeriya və Omanın müvafiq qurumlarının rəhbər şəxsləri ilə keçirilən ikitərəfli görüşlər zamanı əməkdaşlığın prioritet istiqamətləri və perspektivləri üzrə fikir mübadiləsi aparılıb.

Eyni zamanda, “BMC Helix” və “500 Global” şirkətlərinin nümayəndələri ilə görüşdə əməkdaşlıq imkanları müzakirə edilib.

XQ

Seçilən
8
3
xalqqazeti.az

7Mənbələr