AZ

Daha bir əfsanə "MLS"də

“Real Madrid” və “Bayern”in sabiq yarımmüdafiəçisi Ceyms Rodriqes MLS klubu ” Minnesota United” ilə müqavilə imzalayıb.

Publika.az xəbər verir ki, 34 yaşlı kolumbiyalı ilə müqavilə 2026-cı ilin iyun ayına qədərdir və həmin ilin dekabr ayına qədər uzatmaq imkanı da var.

“Minnesota”nın mətbuat xidməti Rodrigesdən sitat gətirib:

“Həyatımdakı bu yeni fəsil üçün çox həyəcanlıyam. Ümid edirəm ki, bu şəhərə və mənə inanan hər kəsə sevinc bəxş etmək üçün ən yaxşı tərəfimi göstərəcəyəm. Bütün sadiq “Minnesota” azarkeşləri ilə görüşməyi səbirsizliklə gözləyirəm. Söz verirəm ki, həmişə meydanda əlimdən gələni edəcəyəm və həmişə qələbə üçün çalışacağam”.

Seçilən
6
1
publika.az

10Mənbələr