AZ

Argentinada "Messi üsulu" ləğv olunur - Rəsmi qərar

style='margin-bottom:10px;'>

Argentina Futbol Assosiasiyası ölkə futbolunda inqilabi xarakterli qərar qəbul edib.

QOL.az xəbər verir ki, "The Athletic"in məlumatına görə, qurum yekdilliklə yeni qaydanı təsdiqləyib. Qərara əsasən, ilk peşəkar müqaviləsini vətənində imzalamadan ölkəni tərk edib xarici klublara üz tutan futbolçular Argentina millisinin heç bir yaş qrupu üzrə komandasına çağırılmayacaq.

Qurumun bu addımı atmaqda əsas məqsədi yerli klubları Avropa nəhənglərindən qorumaqdır. Federasiya hüquqi boşluğun qarşısını almağa çalışır. Belə ki, mövcud qanunvericiliyə görə, valideynlər 18 yaşına çatmamış övladlarının harada yaşayıb işləyəcəyinə qərar verə bilər. Avropa klubları isə bundan istifadə edərək gənc istedadları transfer haqqı ödəmədən, yalnız cüzi yetişdirmə kompensasiyası qarşılığında ələ keçirirlər.

Bu sərt qərarın verilməsinə son təkan "River Pleyt"in 16 yaşlı kapitanı Lukas Skarlatonun qalmaqallı şəkildə İtaliyanın "Parma" klubuna keçməsi olub.

Qeyd edək ki, əgər bu qayda illər əvvəl tətbiq olunsaydı, futbol dünyası Lionel Messini Argentina millisində görə bilməyəcəkdi. Xatırladaq ki, əfsanəvi futbolçu 13 yaşında "Nyuells Old Boyz"dan məhz bu sxemlə "Barselona"ya yollanmışdı.

Seçilən
20
3
teleqraf.com

4Mənbələr