AZ

Narkotiklərin qanunsuz dövriyyəsində təqsirləndirilən qadın həbs olundu

Siyəzən rayonunda narkotiklərin qanunsuz dövriyyəsində təqsirləndirilən əvvəllər məhkum olunmuş 40 yaşlı Ş.Bayramova həbs olunub.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, ondan 6 kiloqrama yaxın marixuana, külli miqdarda heroin, psixotrop maddə olan metamfetamin, həmçinin psixotrop tərkibli 120 ədəd preqabalin həbi maddi sübut kimi götürülüb.

Seçilən
12
15
publika.az

10Mənbələr