AZ

Azərbaycan Türkiyədən metal idxalına çəkdiyi xərci 7 %-ə yaxın artırıb

Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 9,366 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib.

"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 6,7 % çoxdur.

Hesabat dövründə Türkiyənin metal ixracının ümumi dəyəri illik müqayisədə 6,3 % artaraq 1,074 milyard ABŞ dollarına çatıb.

Türkiyədən ən çox metal idxalını Almaniya 122,282 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 2,9 % çox), İtaliya 90,486 milyon ABŞ dolları (4,8 % çox) və Bolqarıstan 64,494 milyon ABŞ dolları (24,4 % çox) dəyərində həyata keçirib.

Seçilən
20
2
far.az

3Mənbələr