AZ

Putinlə Si Cinpinqin təması Qərb üçün xoş xəbər olmayıb Ekspert

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Rusiya Prezidenti Vladimir Putinlə Çin Xalq Respublikasının sədri Si Cinpinq arasında çərşənbə günü baş tutan telefon danışığı Qərb ölkələrinin Moskva ilə Pekini bir-birindən ayırmaq və qarşı-qarşıya qoymaq cəhdlərinin iflasa uğradığını göstərdi.

Bizimyol.info xəbər verir ki, bu fikri norveçli ekspert Pol Şteyqan cümə günü "Steigan" nəşrində dərc olunan məqaləsində bildirib.

Onun sözlərinə görə, artıq aydındır ki, Rusiya və Çin bütün əsas beynəlxalq proseslərdə fəaliyyətlərini daha sıx şəkildə əlaqələndirəcək və bir-birinin güclü tərəflərindən faydalanmaq niyyətindədir. “Bu, Avrasiya məkanındakı iki nəhəngi qabaqlaya biləcəklərinə inanan Qərb dövlətləri üçün pis xəbərdir”, – deyə Şteyqan vurğulayıb.

Ekspert qeyd edib ki, Rusiya və Çin liderləri arasındakı bu söhbət Qərbin onları bir-birindən təcrid etmək səylərinin nəticəsiz qaldığını açıq şəkildə nümayiş etdirdi və bu durum “demək olar ki, tarixi miqyaslı hadisədi” qeyib.

Şteyqanın qeyd etdiyinə görə, hər iki ölkə çoxqütblü dünya nizamını dəstəkləyir və blok qarşıdurmasını rədd edir. Bu isə Ukrayna və Tayvan kimi beynəlxalq məsələlərdə də ortaq mövqelərin mövcudluğunu nəzərdə tutur.

Qeyd edək ki, Si Cinpinq və Vladimir Putin fevralın 4-də videobağlantı formatında fikir mübadiləsi aparıblar. Danışıq zamanı ikitərəfli münasibətlər və beynəlxalq gündəmdəki məsələlər müzakirə olunub. Elə həmin gün Si Cinpinq ABŞ Prezidenti Donald Trampla da telefon danışığı keçirib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
bizimyol.info

1Mənbələr