
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistan baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dara zəng edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Pakistan XİN-in “X” hesabında öz əksini tapıb.
Nazir Ceyhun Bayramov Azərbaycan Prezidenti, hökuməti və xalqı adından İslamabadda baş vermiş partlayışla əlaqədar başsağlığı verib, həlak olanların ailələrinə başsağlığı diləyib və Pakistanla həmrəy olduqlarını ifadə edib.
Hücumu qətiyyətlə pisləyən Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri ölkəsinin terrorizmə qarşı mübarizədə əzmkar mövqeyini bir daha ifadə edib.