Sumqayıt hərbi prokuroruna yeni müavin təyin edilib.
Moderator.az bildirir ki, “Qafqazinfo”nun məlumatına görə, bununla bağlı baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, ədliyyə polkovnik-leytenantı Tural Həsənli şəhər hərbi prokurorunun müavini təyin edilib.
Qeyd edək ki, Sumqayıt hərbi prokuroru ədliyyə polkovniki Ağakişi Acalovdur. O, bir neçə ay əvvəl həmin vəzifəyə təyin edilib.