AZ

Qazaxıstanın yeni Konstitusiyasının layihəsi vətəndaşların təklifləri əsasında tamamlanır

Qazaxıstanın yeni Konstitusiyasının layihəsinin dərc olunmasından bəri müxtəlif kanallar vasitəsilə 4000-dən çox təklif təqdim edilib.

“İki sahil” “Kazinform”a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Konstitusiya Məhkəməsinin sədr müavini Bakıt Nurmuxanov Konstitusiya Komissiyasının növbəti iclasında bildirib.

Onun sözlərinə görə, daxil olan bütün təkliflər, cavablar və şərhlər komissiya tərəfindən diqqətlə nəzərdən keçirilir. Təhlil göstərir ki, onların bir sırası diqqətəlayiqdir, maddələrin məzmununu tamamlayır, zəmanətləri gücləndirir, hüquqi normaların ifadəsini təkmilləşdirir, habelə Əsas Qanuna daha çox aydınlıq və hüquqi müəyyənlik gətirir.

“Tenqenin Konstitusiya ilə milli valyuta kimi təsbit edilməsi təklifinin həyata keçirilməsi zamanı 2-ci maddəyə aşağıdakı bənd əlavə edilib: Respublikanın milli valyutası (pul vahidi) tenqedir. Onu buraxmağın müstəsna hüququ Qazaxıstana məxsusdur”, - deyə o qeyd edib.

Nurmuxanov, həmçinin vurğulayıb ki, Qazaxıstanın suverenliyi, müstəqilliyi, unitar dövlət xarakteri, ərazi bütövlüyü və idarəetmə forması dəyişməz olaraq qalır.

Seçilən
20
2
ikisahil.az

3Mənbələr