Polşanın Jeşuv və Lublin şəhərlərindəki hava limanları təyyarələrin qəbulunu və uçuşunu müvəqqəti olaraq dayandırıb.
KONKRET.az xəbər verir ki, bu barədə PANSA (Polşa aeronaviqasiya agentliyi – red.) məlumat yayıb.
Bildirilib ki, məhdudiyyətlər hərbi aviasiya əməliyyatları ilə bağlıdır.
Mülki uçuşların bərpası üçün vaxt çərçivəsi hələlik dəqiqləşdirilməyib.