AZ

Saleh Məmmədov buna görə vəzifədən azad edilib

Xəbər verdiyimiz kimi, Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Yerinə isə Vüsal Zakir oğlu Nəsirli təyin edilib


Yenilik.az Azərbaycan 24-ə istinadən xəbər verir ki, verilən qərar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin bu yaxınlarda (16 yanvar) vəzifədən azad edilən rəhbəri Rauf Vəliyevlə bağlı gedən araşdırmalarda Saleh Məmmədovla da bağlı üzə çıxan faktlarla bağlıdır.

Aşkara çıxarılan məsələlər Azərbaycanın azad edilmiş torpaqlarında nəhəng və strateji layihələr icra edən AAYDA rəhbərliyində Saleh Məmmədovun qalmasını mümkünsüz edir.

Qeyd edək ki, Saleh Məmmədov və Rauf Vəliyev qudadır.

Saleh Məmmədovun oğlu Sübhan Məmmədli 2019-cu ildə Rauf Vəliyevin qızı ilə ailə həyatı qurub.
Seçilən
39
yenilik.az

1Mənbələr