AZ

Bakıda şagirdin güllələdiyi müəllimə palataya köçürülüb

Paytaxtın Binəqədi rayonunda yerləşən “İdrak” liseyində 10-cu sinif şagirdinin güllələdiyi müəllim Neyrocərrahiyyə şöbəsinə köçürülüb.

Kliniki Tibbi Mərkəzdən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki,  pasientin vəziyyəti stabildir:

"1997-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsindən Neyrocərrahiyyə şöbəsinə köçürülüb. Hazırda müalicəsi palata şəraitində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir".

Xatırladaq ki, hadisə ötən gün paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində baş verib. Belə ki, liseyin 10-cu sinif şagirdi atasına məxsus ov silahı ilə müəlliməsinə xəsarət yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb, cinayət işi açılıb.

Seçilən
21
9
cebheinfo.az

8Mənbələr