AZ

Pakistanda məsciddəki terror aktı nəticəsində ölənlərin sayı artdı

Pakistanın paytaxtı İslamabadda məsciddə kamikadzenin törətdiyi terror aktı nəticəsində ölənlərin sayı 36-ya çatıb.

Bu barədə Moderator.az xarici KİV-ə istinadən xəbər verir.

Həmçinin qeyd edilir ki, Tarlay İmambargah məscidindəki terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Qrupun açıqlamasında bildirilir ki, hücum edən şəxs hadisə yerinə gəlib, məscidin əsas qapısında onu dayandırmağa çalışan mühafizəçilərə atəş açıb və partlayıcı kəmərini daxili qapıda işə salıb. Rəsmi İslamabad terrorçunun bu yaxınlarda Əfqanıstandan gəlmiş Pakistan vətəndaşı olduğunu bildirib.

Xatırladaq ki, ötən gün məsciddə törədilən partlayış nəticəsində ölənlərin son olaraq sayı 31 nəfər qeyd edilirdi.

Pakistanın müdafiə naziri Hodca Məhəmməd Asif öz "X" səhifəsində yazıb ki, hücumda Əfqanıstan və Hindistanın əli var.

Seçilən
11
3
moderator.az

4Mənbələr