AZ

Regional problemlər regional həllər tələb edir: Burhanəddin Duran




"20 ildən çoxdur ki, bizə dünyanın keçid dövründə olduğu, bir qlobal nizamdan digərinə keçdiyimiz deyilir. Bu gün bu hekayə artıq kifayət deyil. Dünya təkcə keçid dövründə deyil, artıq keçid dövrünü başa vurub".

Newscenter.az xəbər verir ki, bunları Qətərin paytaxtı Dohada keçirilən 17-ci Əl-Cəzirə Forumunun açılışında çıxış edən Türkiyə Prezidentinin İnformasiya İdarəsinin rəhbəri Burhanəddin Duran deyib.

Tarixi bir parçalanmanın nəticələrini yaşadıqlarını vurğulayan Duran, müharibədən sonrakı beynəlxalq sistemi bir vaxtlar quran fərziyyələrin dağıldığını, məqbul davranış hədlərini müəyyən edən normaların zəiflədiyini, pandemiyaların qlobal idarəetmənin kövrəkliyini ortaya qoyduğunu bildirib

Duran deyib ki, müharibələr indi povestlər, rəqəmsal platformalar və qavrayışın idarə edilməsi vasitəsilə aparılır:

Ədalətin həqiqət olmadan mövcud ola və həqiqətin onu qoruyan şərtlər olmadan yaşaya bilməyəcəyini vurğulayan B. Duran, "Regionumuz həqiqəti və ədaləti birləşdirən sivilizasiya irsinə malikdir. Əl-Fərabidən İbn Xalduna qədər intellektual ənənəmiz bizə sivilizasiyaların dominantlıqla deyil, legitimlik, birlik və mənəvi məqsədlə yaşadığını öyrədir",-deyə vurğulayıb.

İnformasiya İdarəsinin rəhbəri qeyd edib ki, Qəzza və Suriya bizə müharibələrin yalnız atəşkəslə deyil, həm də idarəetmə tənzimləmələri, yenidənqurma çərçivələri və siyasi vasitələrlə bitdiyini xatırladır:

"Bu kritik məqamda Türkiyənin vizyonu regional mülkiyyət prinsipinə əsaslanır. Bu, yerli aktyorlara üstünlük verən, regional diplomatiyanın işlək olmasını təmin edən və kollektiv potensialı gücləndirən strateji bir çərçivədir. Regional problemlər regional həllər tələb edir".

Süleyman
Seçilən
18
1
newscenter.az

2Mənbələr