AZ

“Velizar” nə qədər həbsdə qalacaq? – İfadəsi məlum oldu

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl “TikTok” platformasında qanunsuz əməllərə yol verən “Velizarofficial” adlı səhifəni idarə edən Salman Məmmədov (“Velizar”) həbs edilib.

KONKRET.az Qaynarinfo-ya istinadla xəbər verir ki, fevralın 2-də həbs olunan 1996-cı il təvəllüdlü Salman Məmmədovun məhkəmə ifadəsi məlum olub.

Qeyd edək ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə) maddəsi ilə protokol tərtib olunub.

Salman Məmmədov məhkəmə iclasında özünü təqsirli bilərək deyib ki, uzun illər Türkiyədə yaşayıb və sosial mediada canlı yayımlar açıb. Azərbaycana gəldikdən sonra burada da canlı yayımlar açıb və bir neçə blogerlə yarış şəklində oyunlar təşkil edib, nalayiq ifadələrdən istifadə edib. Həmin ifadələrin qadağan olduğunu bilməyib. Bunu bildikdən sonra isə istifadə etməyib. Həmçinin qeyd edib ki, “TikTok”da bir neçə xəstə şəxsin müalicəsi və əməliyyatı üçün pul yığılmasına köməklik göstərib.

O, əməlindən peşman olduğunu bildirib və bir daha belə hallara yol verməcəyinə söz verib. Qeyd olunanları nəzərə alaraq ədalətli qərar verilməsini xahiş edib.

Məhkəmənin hökmü ilə Salman Məmmədov İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 30 gün həbs qərarı verilib.

Seçilən
3
5
konkret.az

7Mənbələr