AZ

Macarıstan nə Yuqoslaviyaya qoşun göndərib, nə də Ukraynaya göndərəcək Orban

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Macarıstan nə vaxtsa Yuqoslaviyada olduğu kimi, Ukraynadakı hərbi münaqişədə də iştirak etməyəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə ölkənin baş naziri Viktor Orban hakim “FİDES – Macar Vətəndaş Birliyi” partiyasının fəalları ilə ölkənin qərbində yerləşən Şombathey şəhərində keçirilən görüşdə bildirib.

Onun sözlərinə görə, 1999-cu ildə ilk dəfə hökumət başçısı olduğu dövrdə ABŞ prezidenti Bill Klinton ona zəng edərək qonşu Yuqoslaviya ərazisində gedən hərbi münaqişəyə müdaxilə etməyi xahiş edib. Həmin vaxt NATO bölgədə hərbi əməliyyatlar aparır, alyansın təyyarələri Belqradı bombardman edirdi. Orbanın sözlərinə görə, Klinton bildirib ki, “artıq orada anqlosakson əsgərləri var və Macarıstanın cənub sərhədi istiqamətindən ikinci cəbhə açmaq lazımdır”. Baş nazir isə cavabında ingilis dilində “Xeyr, cənab” dediyini xatırladıb.

“Belə olmamalıdır ki, müharibə məsələləri həll edilərkən ABŞ prezidentinin hər bir göstərişinə cavab olaraq "Bəli, cənab" deyək”, – Orban zalın alqışları altında çıxışını davam etdirib. O vurğulayıb ki, hazırda da bəzi Avropa ölkələrinin Ukraynaya qoşun göndərmək niyyətlərinə münasibətdə hökuməti eyni mövqedədir.

Orban daha əvvəl dəfələrlə bəyan edib ki, NATO ölkələrinin əsgərlərinin Ukrayna ərazisində peyda olması Rusiya ilə birbaşa hərbi toqquşma təhlükəsi yaradar. O, həmçinin Macarıstanın Ukraynaya silah göndərməyəcəyini və oradakı döyüşlərin davam etdirilməsini maliyyələşdirməyəcəyini dəfələrlə təsdiqləyib.

Yanvarın əvvəlində Böyük Britaniya və Fransa münaqişə başa çatdıqdan sonra öz hərbçilərini Ukraynaya göndərmək barədə Kiyevlə razılaşma əldə ediblər. Fevralın 3-də Kiyevə səfəri zamanı Ali Radada çıxış edən NATO-nun baş katibi Mark Rütte isə “könüllülər koalisiyası”nın silahlı qüvvələrinin Rusiya ilə sülh sazişi imzalandıqdan dərhal sonra Ukrayna ərazisində – quruda, dənizdə və havada yerləşdiriləcəyini bildirib.

Moskva dəfələrlə xəbərdarlıq edib ki, bu cür planlarla razılaşmayacaq və mövcud şəraitdə NATO ölkələrinin qoşunlarının Ukraynada yerləşdirilməsini Rusiyanın milli təhlükəsizliyinə təhdid hesab edərək buna qəti şəkildə qarşı çıxır.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
57
19
icma.az

10Mənbələr