AZ

Ukrayna ordusu Saratovda neft anbarına və bir sıra hərbi obyektlərə zərbələr vurub

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Saratov vilayətində yerləşən neft anbarına gecə saatlarında həyata keçirilən hücumu, eləcə də RF-in digər hərbi obyektlərinin vurulduğunu təsdiqləyib.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının hesabatında bildirilir.

Məlumata görə, fevralın 7-nə keçən gecə Ukraynanın Müdafiə Qüvvələrinin bölmələri Rusiya ərazisində və Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində yerləşən Rusiya qoşunlarının hərbi obyektlərinə silsilə zərbələr endirib.

Saratov vilayətindəki “Balaşovo” neft bazası ilə yanaşı, Ukrayna hərbçiləri Zaporojyedə pilotsuz uçuş aparatlarının idarəetmə məntəqəsini, həmçinin Rusiya Silahlı Qüvvələrinin cəmləşmə yerlərini vurublar.

Bundan başqa, Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Yalta yaşayış məntəqəsi yaxınlığında düşmənin təmir bölməsinin yerləşdiyi mövqeyə zərbə endirilib. Daha əvvəl isə həmin ərazidə Nikolayevka yaxınlığında düşmənin PUA idarəetmə məntəqəsi, Poltavka istiqamətində isə reaktiv yaylım atəşi sistemi məhv edilib. Həmçinin Rusiyanın Belqorod vilayətinin Dronovka yaşayış məntəqəsi yaxınlığında düşmənin canlı qüvvəsinin cəmləşdiyi əraziyə zərbə qeydə alınıb.

Baş Qərargahın məlumatına görə, Rusiya qüvvələrinin itkiləri və dağıntıların miqyası ilə bağlı məlumatlar dəqiqləşdirilir.

Ukrayna Silahlı Qüvvələri vurğulayıb ki, Müdafiə Qüvvələri Rusiya təcavüzkarının döyüş potensialını və logistika imkanlarını zəiflətməyə yönəlmiş sistemli tədbirləri bundan sonra da davam etdirəcək.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
bizimyol.info

1Mənbələr