Pakistan təhlükəsizlik qüvvələri 30-dan çox insanın ölümünə səbəb olan İslamabad hücumunun təşkilatçısını saxlayıb.
Publika.az xəbər verir ki, bu barədə "The News" məlumat yayıb.
Nəşrin məlumatına görə, cinayətkarlar şimal-qərbdəki Xayber Paxtunxva əyalətində tutulublar. Qeyd edilib ki, hücumun təşkilatçısı "İslam Dövləti" terror qruplaşması ilə əlaqəli olub və Əfqanıstanda təlim keçib. Həbs zamanı üç təhlükəsizlik işçisi yaralanıb. Digər təhlükəsizlik işçisi aldığı xəsarətlərdən ölüb.
Fevralın 6-da İslamabadda şiə məscidində terror aktı baş verib. Nəticədə 31 nəfər ölüb, 169 nəfər isə yaralanıb.
Məscidin gözətçisinin sözlərinə görə, partlayışdan əvvəl üç hücumçu binaya soxularaq yerli mühafizəçini yaralayıb. O, əlavə edib ki, məscidi polis yox, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları qoruyur.