AZ

Tanınmış jurnalist ağır əməliyyat keçirdi Son durumu açıqlandı

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ötən gün beyin əməliyyatı keçirən, hər kəsin ANS telekanalından "Böyük Seva" kimi tanıdığı jurnalist Sevda Həsənovanın son vəziyyəti məlum olub.Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, Respublika Neyrocərrahiyyə Xəstəxanasının məlumatına əsasən, Sevda Həsənova fevralın 2-də, saat 12:10-da onlara müraciət edib."Həkim müayinəsindən sonra zəruri tibbi xidmətlər göstərilən pasiyentə sağtərəfli akustik nevrinoma diaqnozu təyin edilib.Onun üzərində fevralın 6-da sağtərəfli akustik nevrinomanın xaric edilməsi əməliyyatı uğurla icra edilib.Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, huşu aydın, vəziyyəti stabildir", - deyə məlumatda vurğulanır.Xatırladaq ki, ötən gün yeddi saatdan çox davam edən əməliyyat zamanı S.Həsənovanın beyin şişinin cərrahi yolla götürülməsi (ekstirpasiyası) prosesi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
4
demokrat.az

6Mənbələr