AZ

Nazir Talıbovu yüksək vəzifəyə təyin etdi

Azərbaycan Xarici İşlər Nazirliyində yüksək vəzifəyə yeni təyinat olub.

"Ölkə.az" Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Məmməd Talıbov XİN-in Avropa İdarəsinin rəisi təyin edilib.

O, artıq vəzifəsinin icrasına başlayıb.

İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi daşıyan Məmməd Afiq oğlu Talıbov 2019-cu ildə Azərbaycanın Meksikadakı fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdu.

O, 2025-ci il oktyabrın 27-də geri çağırılıb.

Seçilən
26
13
olke.az

10Mənbələr