AZ

Ermənistanın prioriteti Azərbaycanla sülh gündəliyinin irəli aparılmaq olub XİN

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Şənbə günü ölkənin baş naziri Nikol Paşinyan Xarici İşlər Nazirliyində olub və xarici işlər naziri Ararat Mirzoyanın təqdim etdiyi illik hesabatı dinləyib.

Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin illik hesabatında qeyd olunub.

Hesabatda, xüsusilə, Ermənistan–Azərbaycan sülh prosesi çərçivəsində baş verən mühüm hadisələrə yer verilib. Mirzoyan bildirib ki, 2025-ci ildə əsas prioritet sülh gündəliyinin irəli aparılması, Ermənistanla Azərbaycan arasında sülhün qurulması, möhkəmləndirilməsi və institusionallaşdırılması olub. Bu prosesə danışıqlar, sülh sazişinin mətninin razılaşdırılması və ilkin paraflanması da daxildir.

Nazirin sözlərinə görə, bu kontekstdə Vaşinqton razılaşmalarının icrası, eləcə də iki ölkə arasında etimadın möhkəmləndirilməsinə yönələn addımlar və təşəbbüslər mühüm əhəmiyyət kəsb edib.

Hesabatda həmçinin Ermənistan–Türkiyə münasibətlərinin normallaşdırılması üzrə intensiv prosesdən və İrəvanın bu istiqamətdə gözləntilərindən bəhs olunur.

Nazirlikdə keçirilən görüş zamanı Gürcüstan və İranla strateji tərəfdaşlığın inkişafı, eləcə də regional proseslər müzakirə edilib.

Ararat Mirzoyan ötən ili Ermənistan–ABŞ strateji tərəfdaşlığının inkişafı baxımından səmərəli hesab etdiyini bildirib və bu tendensiyanın 2026-cı ildə də davam edəcəyinə əminliyini ifadə edib.

Nazir bildirib ki, Ermənistan Rusiya ilə qarşılıqlı hörmətə və suverenliyə əsaslanan dostluq münasibətlərini inkişaf etdirməyi hədəfləyir.

XİN rəhbəri vurğulayıb ki, Ermənistan balanslaşdırılmış xarici siyasət çərçivəsində Asiya və Yaxın Şərq istiqamətlərində də tərəfdaşlıq əlaqələrini inkişaf etdirib. Bu istiqamətdə siyasi gündəliyin genişləndirilməsi, regional kommunikasiya şəbəkələrinin inkişafı, eləcə də iqtisadi və investisiya əməkdaşlığı potensialının maksimum reallaşdırılması üzrə fəal iş aparılıb.

Öz növbəsində, baş nazir Nikol Paşinyan qeyd olunan xarici siyasət prioritetlərinin ardıcıl şəkildə həyata keçirilməsinin və diplomatik xidmətin bütün istiqamətlər üzrə daim təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
bizimyol.info

1Mənbələr