AZ

Türkiyəli futbolçu “Yuventus”da ən çox qazananlardan OLACAQ

“Yuventus”un vingeri Kenan Yıldız Turin klubu ilə müqaviləsini uzadacaq.

Bizim.Media xəbər verir ki, Fabritsio Romanonun məlumatına görə, tərəflər yeni 4 illik müqavilənin imzalanması ilə bağlı razılığa gəliblər. Yıldızın maaşı artırılacaq və o, komandanın
ən çox qazanan futbolçularından birinə çevriləcək.

Qeyd edək ki, cari mövsümdə A Seriyasında Kenan 22 oyunda meydana çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə verib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
1
3
bizim.media

4Mənbələr