AZ

Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"nin qalibi oldu - Yenilənib

style='margin-bottom:10px;'>

Azərbaycanın cüdoçusu Balabəy Ağayev Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirinin qalibi olub.

QOL.az xəbər verir ki, o, finalda ukraynalı Dilşot Xalmatova qalib gəlib. Bununla da Balabəy qızıl medala yiyələnib.

Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.

*     *     *

Fransanın paytaxtı Parisdə "Böyük Dəbilqə" turniri keçirilir.

QOL.az xəbər verir ki, Azərbaycanın bir cüdoçusu yarışda finala adlayıb. Bu, 60 kq dərəcəsində mübarizə aparan Balabəy Ağayev olardı.

O, yarımfinalda İsrail təmsilçisi İtshak Aşpizi (İsrail) üstələyib.

Ruslan Paşayev (66 kq) isə yarımfinalda uduzduğu üçün 3-cü yer uğrunda görüşə çıxacaq. Nazir Talıbov (66 kq) 1/16 final mərhələsində Migel Qaqoya (Portuqaliya) məğlub olaraq mübarizəni dayandırıb.

Seçilən
18
1
teleqraf.com

10Mənbələr