Ermənistan Rusiya ilə dostluq münasibətləri inkişaf etdirməyə çalışır.
NOCOMMENT.az xəbər verir ki, bunu Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Ermənistanın Baş naziri Nikol Paşinyana Xarici İşlər Nazirliyinin 2025-ci il üzrə fəaliyyət hesabatını təqdim edərkən bildirib.
Mirzoyan əlavə olaraq qeyd edib ki, rəhbərlik etdiyi qurumun prioritet vəzifələri sülh gündəliyinə xidmət etmək, Ermənistan və Azərbaycan arasında sülhün qurulmasına, möhkəmləndirilməsinə və sistemli hala salmağa yönəlmiş fəal iş aparmaqdan ibarətdir. Bu fəaliyyətə danışıqlar prosesi, koordinasiya və sülh sazişinin mətninin hazırlanması, eləcə də etimadın möhkəmləndirilməsinə yönəlmiş addımlar və təşəbbüslər daxildir.