AZ

İsmayıllıda istirahət mərkəzində baş verən yanğın söndürülüb-YENİLƏNİB

Bakı, 7 fevral, AZƏRTAC

İsmayıllının Diyallı kəndində, istirahət mərkəzində baş verən yanğın söndürülüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, istirahət mərkəzinin ərzisində ümumi sahəsi 500kv.m olan və hazırda təmir işləri aparılan saunada baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində saunanın yanar konstruksiyaları 100kv.m sahədə yanıb.

Saunanın böyük hissəsi və ətrafdakı tikililər yanğından mühafizə olunub.

21:09

İsmayıllıda yanğın baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə axşam saatlarında rayonun Diyallı kəndi ərazisində yerləşən istirahət mərkəzində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb edilib.

Yanğın söndürülüb, ətraf ərazilər alovdan mühafizə olunub. Xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
25
6
azertag.az

8Mənbələr