AZ

İranda zirehli texnikanı insanların üzərinə sürdülər, ölənlər var – VİDEO

İranın Ərdəbil şəhərində baş verən zorakılığın yeni təfərrüatları üzə çıxıb.

KONKRET.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videolarda İran xüsusi təyinatlılarının Yəhya meydanı ərazisində nümayişçiləri zirehli texnika ilə dağıtdığı, insanların tırtıllar altında qaldığı açıq görünür. Bu görüntülər ölkə daxilində geniş rezonans doğurub.

Hakimiyyət hadisəni ört-basdır etməyə çalışaraq zirehli maşının guya idarəetməni itirdiyini və insanların üzərinə getdiyini iddia edib. Lakin videolar güc strukturlarının etirazçılara qarşı məqsədli şəkildə hərəkət etdiyini göstərir.

İranlı politoloq Yunis Şameli bildirir ki, etirazçılara qarşı zirehli texnikadan sonuncu dəfə 2009-cu ildə istifadə olunub. Onun sözlərinə görə, hazırda on minlərlə insan həlak olub, yüz minlərlə şəxs yaralanıb və baş verənlər hakimiyyətin sistemli zorakılıq siyasətindən xəbər verir.

Şameli vurğulayır ki, təhlükəsizlik qüvvələri artıq öz xalqına daxili düşmən kimi yanaşır və artan sosial-iqtisadi böhran fonunda rejim hakimiyyəti qorumaq naminə zorakılığı daha da artırmağa hazırdır.

Seçilən
1
1
konkret.az

3Mənbələr