AZ

Netanyahudan göstəriş: Bu ölkə güclənir, imkan verməyin!

Bakupost portalından verilən məlumata əsasən, ain.az bildirir.

İsrailin Baş naziri Benyamin Netanyahu Misirin artan hərbi imkanlarından narahatlığını bildirib.

Bakupost.az xəbər verir ki, bu barədə “Maariv” qəzeti məlumat yayıb.

Bildirilib ki, İsrail parlamentinin Xarici İşlər və Müdafiə Komitəsinin qapalı iclasında Netanyahu bu barədə danışıb. O, parlament üzvləri ilə görüşündə deyib ki, bu, yaxından izlənilməli və çox güclənməsinə imkan verilməməlidir.

İddiaya görə, Misir Sinay yarımadasında “hücum məqsədləri üçün istifadə edilə bilən” hərbi infrastruktur yaradır. Mənbələrə görə, Misir ordusu aviabazalarındakı uçuş-enmə zolaqlarının uzunluğunu uzadıb və raket saxlama üçün istifadə edilə biləcək yeraltı qurğular tikib.

Asena,

BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
www.bakupost.az

1Mənbələr