AZ

Rusiya Abxaziyada pasport verilməsini DAYANDIRIR

Ajans.az xəbər verir ki, bu barədə Rusiya hakimiyyətinin yaydığı rəsmi məlumatda bildirilir. Qeyd olunur ki, Abxaziya vətəndaşları üçün maksimum rahat şərait yaratmaq məqsədilə ikili vətəndaşlıq məsələlərinin tənzimlənməsi haqqında sazişə uyğun olaraq Abxaziyada daxili Rusiya pasportlarının verilməsi məntəqələri fəaliyyətə başlamışdı. Məlumatda, həmçinin vurğulanır ki, 2025-ci ildə Abxaziya ərazisində Rusiya sürücülük vəsiqələrinin rəsmiləşdirilməsi üçün xüsusi kabinetlər də açılıb. Bununla belə, Abxaziyanın siyasi xadimləri, o cümlədən Xalq Məclisinin deputatları həmin məntəqələrin fəaliyyətinin qanuniliyini şübhə altına aldıqları üçün Rusiya tərəfi, müstəqil Abxaziya Respublikasının suverenliyinə hörmət edərək, onların fəaliyyətini dayandırmaq qərarı verməyə məcbur qalacaq.

Bu səbəbdən Rusiya bildirir ki, Abxaziya vətəndaşlarına müvafiq sənədlərin verilməsi prosesi bundan sonra Rusiya Federasiyasının ərazisində həyata keçiriləcək.

Seçilən
35
Ajans.az

1Mənbələr