AZ

“İnter” azarkeşləri üçün səfər qadağası

“İnter”in azarkeşləri sərt cəzalandırılıb. İtaliya Daxili İşlər Nazirliyi Milan klubunun fanatlarına martın 23-nə qədər səfər oyunlarına getməyi qadağan edib.

"Football-plus.az" xəbər verir ki, bu sərt qərara bazar günü “Kremoneze” ilə matçda qonaq sektorundan qapıçı Emil Auderoya tərəf yandırıcı maddənin atılması səbəb olub.

Qərara əsasən, Lombardiya bölgəsində yaşayan azarkeşlərə “Sassuolo”, “Leççe” və “Fiorentina” ilə səfər oyunları üçün bilet satışı dayandırılıb. Ancaq bu qadağa martın 8-də əzəli rəqib “Milan”la keçiriləcək derbiyə şamil edilməyib. Nazirlik bunu oyunun eyni şəhərdə keçirilməsi və azarkeşlərin səfər etməsinə ehtiyac olmaması ilə əsaslandırıb.

Xatırladaq ki, “Kremoneze”nin qapıçısı tribunadan petard atılması nəticəsində ayağından və qulağından müxtəlif dərəcəli xəsarətlər alıb.

Seçilən
146
3
football-plus.az

8Mənbələr