AZ

“Trabzonspor” 3 xalı 3 qolla qazandı

Futbol üzrə Türkiyə Super Liqasında 21-ci turun oyunlarına start verilib.

90deqiqe.Az-ın məlumatına görə,  “Trabzonspor”  səfərdə "Samsunspor"un qonağı olub. Samsun şəhərindəki 19 Mayıs Stadionunda keçirilən görüşdə qonaqlar 3:0 hesablı qələbə qazanıb.

Qonaq komandanın heyətində hesabı Paul Onuachu açıb. Daha sonra Onuachu bir dəfə də fərqlənərək dubla imza atıb. Matçın sonunda isə Ernest Muçi penalti zərbəsi ilə hesabı yekunlaşdırıb.

Bu nəticədən sonra “Trabzonspor” 45 xalla turnir cədvəlində yerini möhkəmlədib. Ev sahibi “Samsunspor” isə 30 xalda qalıb.

Seçilən
21
90deqiqe.az

1Mənbələr