AZ

Hüquqşünasdan deputata: Səhv edirsiniz, cənab Cəfərov!

Bakupost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Deputat Kamal Cəfərov yazır: “Dövlət qulluğu sistemində elə bir mexanizm yaratmalıyıq ki, ən ucqar kənddə işləyən gənc hiss etsin və bilsin ki, biliyinə, bacarığına və fəaliyyətində göstərdiyi nailiyyətlərə görə mərkəzi aparatda yüksək vəzifəyə təyin oluna bilər”.

Yanaşma yanlışdır, əslində, elə şərait yaradılmalıdır ki, çoxluq regiona getməyə can atsın. Region mərkəzə aparan keçid məntəqəsi yox, yaşamaq, işləmək və qurmaq üçün ən arzu olunan məkan olmalıdır.

Bir gənc mütəxəssis regiona sabah mərkəzə köçmək üçün getməli deyil. O, regiona:

• orada həyat keyfiyyəti yüksək,

• qazancı qənaətbəxş,

• sosial təminatı güclü,

• peşəkar fəaliyyətin yaxşı dəyərləndirildiyi,

• ailəsi üçün şəraitin şəhərdən geri qalmadığı üçün getməlidir.

Belə olduqda həm də daxili miqrasiya inzibati yollarla deyil, təbii seçimlə tənzimlənir.

Dövlət qulluğunda mexanizm də buna uyğun qurulmalıdır. Mərkəzə keçid vəzifə yüksəlişinin yeganə göstəricisi olmamalıdır. Əksinə, regionda qalmaq, orada nəticə göstərmək, icmanı inkişaf etdirmək ən yüksək peşəkarlıq göstəricisi sayılmalıdır.

O zaman rayona gedirəm deyən və gələcəyini orada qurmaq istəyənlər daha çox olacaq, cənab Cəfərov!

Əlövsət Əliyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
www.bakupost.az

1Mənbələr