AZ

Ona xəbərdarlıq etdilər: Daha toxunulmaz deyilsən

“Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqemə, artıq İngiltərə millisində toxunulmaz olmadığı bildirilib.

Publika.az xəbər verir ki, bu barədə “The Touchline” qəzeti məlumat verib.

Mənbənin məlumatına görə, oyunçuya milli komandanın start heyətində zəmanətli yerinin olmadığı deyilib. Əgər onun performansı yaxşılaşmazsa, baş məşqçi Tomas Tuxelin Dünya Kuboku üçün “Aston Villa”nın yarımmüdafiəçisi Morqan Rocersə üstünlük verəcəyi gözlənilir.

Bellinqem İngiltərə millisində 46 oyun keçirib, 6 qol vurub və 10 məhsuldar ötürmə edib. Bu mövsüm yarımmüdafiəçi “Real Madrid”də 28 oyunda meydana çıxıb, 6 qol vurub və 4 məhsuldar ötürmə edib.

Seçilən
38
publika.az

1Mənbələr