ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Quba rayonunun Hacıağalar kəndinin sakinləri illərdir ki, yol sarıdan əziyyət çəkirlər. Avtosfer.az xəbər verir ki, bu barədə Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlər aidiyyəti qurumlardan kömək istəyirlər.
Onlar bildiriblər ki, xüsusilə yağışlı və qarlı günlərdə yolda nəqliyyatın hərəkəti daha da çətinləşir.
"Xəstəmiz olanda, bir kilometr yolu belimizdə daşımalı oluruq. Yolu su yuyub-aparıb", "Qışda dəfələrlə maşınım aşıb, çaya düşmüşəm", "Atam vəfat edəndə, yol bərbad halda olduğu üçün heç kim yas məclisinə gələ bilmədi", - deyə sakinlər narazılıqlarını bildiriblər.
Bələdiyyədən isə məsələ ilə bağlı bildirilib ki, kəndin yolunun təmiri üçün aidiyyəti qurumlara müraciət edilib, vəsait ayrılarsa, asfaltlama işləri həyata keçiriləcək.
Oxunub 30
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.