
İsrailin Baş naziri Benyamin Netanyahu gələn həftə ABŞ-a növbəti səfəri çərçivəsində Prezident Donald Tramp ilə bir araya gələcək.
AFN.az xəbər verir ki, bu barədə İsrail hökumət başçısının dəftərxanası rəsmi məlumat yayıb.
Fevralın 11-də Vaşinqtonda baş tutması planlaşdırılan görüşün əsas mövzusunu ABŞ və İran arasında davam edən nüvə danışıqları təşkil edəcək. Netanyahunun ofisindən verilən açıqlamada bildirilir: "Baş nazir hesab edir ki, Tehranla aparılan istənilən müzakirədə İranın ballistik raket arsenalının məhdudlaşdırılması və regiondakı müttəfiq qüvvələrinə (“İran oxu”) verdiyi dəstəyin dayandırılması mütləq şərt kimi qoyulmalıdır".
Qeyd edək ki, fevralın 6-da Omanın paytaxtı Maskatda İranın xarici işlər naziri Abbas Əraqçı və ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff arasında nüvə böhranının nizamlanmasına dair ciddi məsləhətləşmələr keçirilib. İsrail tərəfi bu danışıqlarda öz təhlükəsizlik maraqlarının tam qorunması üçün Ağ Evlə koordinasiyalı şəkildə fəaliyyət göstərməkdə israrlıdır.