AZ

Cənubi Koreyada birja səhvən müştərilərinə 44 milyard dollarlıq bitkoin köçürdü

BAKI, 8 fevral. TELEQRAF

Cənubi Koreyanın kriptovalyuta birjası "Bithumb" səhvən müştəri hesablarına təxminən 44 milyard dollarlıq bitkoin köçürüb.

Teleqraf xəbər verir ki, Seulda yerləşən şirkət hadisənin reklam kampaniyası zamanı baş verdiyini və haker hücumu ilə əlaqəli olmadığını bildirib.

Birjanın məlumatına görə, 695 müştəri 2000 von (təxminən 1,37 dollar) bonus almalı idi. Bunun əvəzinə, onların hər biri ən azı 2000 bitkoin alıb. Bir çox alıcı dərhal kriptovalyutalarını satmağa başlayıb və bu da bazarın kəskin reaksiyasına səbəb oldu: bitkoinin məzənnəsi qısa müddətə 17 faiz düşüb.

"Bithumb" hadisəyə görə üzr istəyib və səhvən paylanan 620.000 bitkoinin 99,7 faizini artıq geri qaytardığını açıqlayın

"Bithumb" Cənubi Koreyanın ən böyük birjalarından biridir və hərrac həcminə görə yalnız "Upbit"dən sonra ikinci yerdədir.

Seçilən
31
2
teleqraf.com

3Mənbələr