AZ

Gələcəkdə ASAN dəzgahından çıxan məmurlar rüşvətxorluğun, korrupsiyanın qarşısını alacaq

Gələcəkdə ASAN dəzgahından çıxan məmurlar rüşvətxorluğun, korrupsiyanın qarşısını alacaq

Məmur-vətəndaş münasibətləri, məmur davranışları onları həbs etməklə, oğurladıqlarını büdcəyə qaytarmaqla birdəfəlik həll ediləcək qədər bəsit bir mövzu deyil.

AFN.az xəbər verir ki, bunu "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Musayev bildirib. O, “məmur” sözü ilə bağlı ətraflı məlumat verərək bu sözün ərəb mənşəli olduğunu qeyd edib: "Məmur sözünün özü də, məmur tipləri də bizə kənardan gəlmədir. Atalar sözümüz var, “evdə bişməyib, qonşudan gəlməyib”. Uzun müddət bir çox məsələlər bizə qonşudan “bişmiş” vəziyyətdə idxal olunub. Son iki yüz ildə idarəçilik şimal qonşumuz tərəfindən ya birbaşa yönləndirilib, ya da bir qədər fərqli formada tətbiq olunub.

Bu yaxınlarda belə bir fakt oxudum. Deməli, ötən əsrin 50-ci illərində Azərbaycanın birinci katibi olmuş İmam Mustafayev Mərkəzi Komitənin aparatına iki vahid Azərbaycan dilli makinaçı ştatı almaq üçün Moskvaya bir neçə dəfə müraciət edib, bir neçə dəfə rəsmi məktub yazıb. Və xeyli müddətdən sonra istədiyini əldə edə bilib. Belə mərhələlər olub".

A.Musayev qeyd edib ki, bizim milli məmur yetişdirən institutlarımız, müəssisələrimiz olmayıb: "İlk belə milli müəssisə Azərbaycan prezidentinin layihəsi olan ASAN Xidmət modelidir. Mən əminəm ki, gələcəkdə ASAN dəzgahından çıxan məmurlar rüşvətxorluğun, korrupsiyanın qarşısını almaqda həlledici rol oynayacaqlar".

Seçilən
31
afn.az

1Mənbələr