AZ

Fransanın sabiq mədəniyyət naziri Epşteyn işi ilə bağlı istefa verib

BAKI, 8 fevral. TELEQRAF

Parisdə yerləşən Ərəb Dünyası İnstitutunun rəhbəri, Fransanın sabiq mədəniyyət naziri Jak Lanq barəsində başlanan istintaqdan sonra vəzifəsindən istefa verib.

Teleqraf xəbər verir ki, o, istefa məktubunu Fransanın xarici işlər naziri Jan-Noel Barroya ünvanlayıb.

Lanq məktubunda bildirib ki, mövcud vəziyyət zərərli xarakter daşıyırvə rəhbərlik etdiyi Ərəb Dünyası İnstitutuna ciddi ziyan vura bilər. Onun sözlərinə görə, institutun maraqlarını qorumaq və ona qarşı irəli sürülən ittihamları sakit şəraitdə təkzib etmək üçün idarə heyətinin növbədənkənar iclasında rəsmi şəkildə istefa verəcək.

Fransa XİN və Yelisey sarayı Lanqın istefasını nəzərə aldıqlarını bildiriblər. Xarici işlər naziri Barro onun varisinin təyin edilməsi proseduruna başlanacağını açıqlayıb və institutun idarə heyətinin yeddi gün ərzində növbədənkənar iclasının çağırılacağını bildirib. Bu səbəbdən 8 fevrala planlaşdırılan dinləmə ləğv edilib.

Qeyd edək ki, daha əvvəl Fransanın Milli Maliyyə Prokurorluğu Jak Lanq və onun qızı Karolin Lanq barəsində amerikalı maliyyəçi Ceffri Epşteynlə birlikdə çirkli pulların yuyulması şübhəsi ilə istintaqa başlamışdı.

Seçilən
50
teleqraf.com

1Mənbələr