AZ

Yaponiyada parlamentin aşağı palatasına növbədənkənar seçkilər keçiriləcək

BAKI, 8 fevral. TELEQRAF

Yaponiyada parlamentin əsas qanunverici orqanı sayılan aşağı palataya növbədənkənar seçkilər keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə yerli KİV sorğu keçirib.

Nəticələrə əsasən, baş nazir Sanae Takaitinin rəhbərlik etdiyi Liberal-Demokrat Partiyası (LDP) 465 yerlik palatada mütləq çoxluğu əldə etmək şansına malikdir. Koalisiya tərəfdaşı olan “Yaponiyanın Yenilənməsi Cəmiyyəti” partiyası ilə birlikdə isə əlverişli nəticə olacağı təqdirdə yerlərin üçdə ikisini qazanmaq mümkündür ki, bu da istənilən qanunun qəbuluna imkan verəcək.

Seçkilərdə 1 284 namizəd iştirak edir. Onlardan 289 yer birmandatlı dairələr üzrə səsvermə yolu ilə, 176 yer isə partiya siyahıları əsasında bölüşdürüləcək. Yaponiyanın İnzibati İşlər və Kommunikasiyalar Nazirliyinin məlumatına görə, seçicilər 44 642 seçki məntəqəsində səs verə biləcəklər. Məntəqələr yerli vaxtla 07:00-dan 20:00-dək fəaliyyət göstərəcək.

Seçilən
33
teleqraf.com

1Mənbələr