AZ

Milan-Kortina 2026: 5 növdə medallar sahibini tapdı

Milan-Kortina 2026: 5 növdə medallar sahibini tapdı

İtaliyanın ev sahibliyi ilə keçirilən Milan-Kortina 2026 Qış Olimpiya Oyunlarında 5 idman növü üzrə medallar öz sahiblərinə təqdim olunub. Oyunların ilk günündə dağ xizəkçiliyi, xizək yürüşü, tramplindən tullanma, snoubordinq və sürətli proqramla konkisürmə növlərində gərgin medal mübarizəsi aparılıb.

Yarışların nəticələri aşağıdakı kimidir:

* Dağ xizəkçiliyi (Kişilər, eniş): İsveçrəli Franjo von Allmen 1 dəqiqə 51.61 saniyəlik nəticə ilə oyunların ilk qızıl medalını qazanıb. İtaliyalı xizəkçilər Covanni Franzoni gümüş, Dominik Paris isə bürünc medala sahib çıxıblar.

* Xizək yürüşü (Qadınlar, 10+10 km skiatlon): İsveçli Frida Karlsson 53 dəqiqə 45.2 saniyəlik göstərici ilə rəqiblərini qabaqlayaraq qızıl medal əldə edib. Eyni ölkədən Ebba Andersson gümüş, norveçli Heidi Venq isə bürünc medal qazanıb.

* Sürətli proqramla konkisürmə (Qadınlar, 3000 metr): İtaliyalı Françeska Lollobridcida 3 dəqiqə 54.28 saniyəlik nəticə ilə Olimpiya rekordu qıraraq qızıl medalı boynuna taxıb. Norveçli Ragne Viklund gümüş, kanadalı Valeri Maltais isə bürünc medalın sahibi olub.

* Snoubordinq (Kişilər, "Big Air" finalı): 179,50 xalla yaponiyalı Kira Kimura qızıl medala layiq görülüb. Digər yaponiyalı idmançı Ryoma Kimata gümüş, çinli Yiming Su isə bürünc medal qazanıb.

* Tramplindən tullanma (Qadınlar, normal təpə): Norveçli Anna Odine Stroem 267,3 xalla qızıl medala sahib olub. Sloveniyalı Nika Prevc gümüş, yaponiyalı Nozomi Maruyama isə bürünc medal əldə edib.

Seçilən
109
afn.az

1Mənbələr